BolgeXeber.Com » İdman » Dünya çempionu Nәriman Abbasov mötәbәr yarışdan birinciliklә qayıdıb-VİDEO

Dünya çempionu Nәriman Abbasov mötәbәr yarışdan birinciliklә qayıdıb-VİDEO

17-08-2017, 19:38
Oxunub: 2 879 Dünya çempionu Nәriman Abbasov mötәbәr yarışdan birinciliklә qayıdıb-VİDEO“TT Fight Club”un yetirməsi, "Qəbələ” idman klubunun təmsilçisi, Qarışıq Döyüş növü üzrə dünya çempionu Nəriman Abbasov növbəti yarışdan birinciliklə vətənə qayıdıb

Təcrübəli idmançımız Rusiyanın paytaxtı Moskvada təşkil olunan MMA üzrə "Fight Night Global 71” turnirində qüvvəsini sınayıb.
Yarışda yüngül çəki dərəcəsində çıxış edən Abbasov Rusiya təmsilçisi Dmitri Qorobetslə qarşılaşıb.
Komandanın baş məşqçisi Şəhriyar Abbasov idmançımızın döyüşündən razı qaldığını, yol verdiyi bəzi səhvlərin üzərində çalışdıqlarını qeyd edib.

Qeyd edək ki, bu, Nəriman Abbasovun keçirdiyi 20 döyüş ərzində qazandığı 17-ci qələbə olub.
Bolgexeber.com