BolgeXeber.Com » Xəbərlər » Aygünlə Rihannanı nə birləşdirir? - video

Aygünlə Rihannanı nə birləşdirir? - video

18-08-2017, 10:42
Oxunub: 1 492 Aygünlə Rihannanı nə birləşdirir? - videoYerli klip bazarında piratçılıq davam edir...

Piratçılıqla mübarizə ölkəmizdə zəif olduğundan və müəllif hüquqları yetərincə qorunmadığından həm musiqi, həm də klip bazarında oxşar məhsullara olduqca tez-tez rast gəlirik. Bolgexeber.com daha bir plagiat məhsulu üzə çıxarıb. Müğənni Aygün Məmmədlinin ötən gün internetdə təqdim etdiyi "Yar - Yar" adlı son klipi dünya ulduzu Rihannanın 2016-cı ildə çəkdirdiyi "Sledgehammer" klipinin eynidir desək yanılmarıq. Hər iki klipdə çəkiliş stilistikası eynidir.

"Yar - Yar" klipinin rejissoru Nail Naiboğlu məsələdən xəbərdar olduğunu bildirdi: " Siz Allah, məni Rihanna ilə düşmən etməyin (gülür -red). Dediyiniz klipə dünən baxmışam. Klipimizin süjet xəttinə, bu oxşarlıq təsadüf nəticəsində yaranıb”.
Bolgexeber.com