BolgeXeber.Com » Xəbərlər » Avropada bu tozsoranların satışına qadağa qoyulacaq

Avropada bu tozsoranların satışına qadağa qoyulacaq

18-08-2017, 10:47
Oxunub: 1 937 Avropada bu tozsoranların satışına qadağa qoyulacaqSentyabrın 1-də Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrdə Aİ-nin gücü 900 vattdan, akustika gücü 80 desibeldən yuxarı olan tozsoranların satışını qadağan edən direktiv qüvvəyə minir

Bolgexeber.com
AZƏRTAC-a istinadən bildirir ki, Avropa Komissiyasının fikrincə, elektrik enerjisinin istehlakını azaltmaq məqsədi daşıyan direktiv istehlakçıların qənaət etməsinə imkan verəcək. Ekspertlərin hesablamalarına görə, tozsoranların gücünün məhdudlaşdırılması 2020-ci il üçün Aİ-yə elektrik enerjisinə ildə saatda 20 teravattadək qənaət olunmasını təmin edəcək, istehlakçı isə gücü daha az olan qurğunun bütün istismar müddəti ərzində 55 avrodan çox qənaət edə biləcək.

Sentyabrın 1-dən Aİ ölkələrində pərakəndə satış subyektlərinə gücü 900 vattdan çox olan tozsoranların anbarlarda ehtiyatı bitənə qədər onları satmaq icazəsi veriləcək. Aİ-nin direktivi yuma funksiyalı, sənaye və robot tipli tozsoranlara şamil edilməyəcək.

Yeni tələblərə müvafiq olaraq, tozsoran istehsalçıları qablaşdırmada qurğuların nə qədər enerji istehlak etdiyini göstərməlidirlər. Yaşıl "A" hərfi enerji istehlakı səviyyəsinin aşağı, qırmızı "G" hərfi enerji istehlakı səviyyəsinin yüksək olduğunu bildirəcək.