BolgeXeber.Com » Xəbərlər » Afrikanın ən varlı adamı İngiltərənin "Arsenal" klubunu almaq istəyir

Afrikanın ən varlı adamı İngiltərənin "Arsenal" klubunu almaq istəyir

18-08-2017, 17:01
Oxunub: 1 888 Afrikanın ən varlı adamı İngiltərənin "Arsenal" klubunu almaq istəyirAfrikanın ən varlı adamlarının siyahısına başçılıq edən Aliko Danqote İngiltərənin “Arsenal” futbol klubunu almaq istəyir

Bu barədə 60 yaşlı nigeriyalı biznesmenin özü açıqlama verib.
O, London klubunu əldə edəcəyi təqdirdə, əsas komandanın baş məşqçisi Arsen Vengeri istefaya göndərəcəyini bildirib: “Vengerin yaxşı məşqçilik karyerası var. Lakin hazırda komandanı başqa mütəxəssisə etibar etmək lazımdır. Laosda neft emalı zavodunun inşaatı başa çatdıqdan sonra “Arsenal”ın sahiblərinə təklif göndərəcəyik".
Qeyd edək ki, Aliko Danqotenin varidatı 13 milyard dollar səviyyəsində qiymətləndirilir.