BolgeXeber.Com » Xəbərlər » Dövlət qulluğuna qəbulun keçid balları açıqlandı (SİYAHI)

Dövlət qulluğuna qəbulun keçid balları açıqlandı (SİYAHI)

18-08-2017, 17:44
Oxunub: 1 995 Dövlət qulluğuna qəbulun keçid balları açıqlandı (SİYAHI)Azərbaycanda dövlət qulluğuna qəbulun keçid balları məlum olub

Bolgexeber.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, inzibati vəzifələrin qrupları, alt qrupları, hər alt qrup üzrə keçid balları formalaşıb. Vəzifə altqrupları üzrə test imtahanından keçid balları toplanması mümkün olan ümumi bala nisbətdə aşağıdakı qaydada müəyyən olunur:

Şərti olaraq: AA - Vəzifə qrupu, AA1 - Vəzifə altqrupu

AA

AA1

inzibati vəzifələrin 1-ci təsnifatı üzrə:

dövlət orqanlarında aparat rəhbəri - 85

AA2

inzibati vəzifələrin 2-ci təsnifatı üzrə:

dövlət orqanlarında aparat rəhbəri; dövlət orqanlarında aparat rəhbərinin müavini və şöbə müdiri; mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri; fondların icraçı direktoru və direktoru - 80

AA3

inzibati vəzifələrin 3-cü təsnifatı üzrə:

şöbə müdirinin müavini; dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi; dövlət orqanlarında aparat rəhbəri; Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi; Tarif Şurasının katibi - 75

AA4

inzibati vəzifələrin 3-cü təsnifatı üzrə:

mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri; fondların icraçı direktorunun və direktorunun müavini; dövlət orqanlarında aparat rəhbərinin müavini - 70

AB

AB1

inzibati vəzifələrin 4-cü təsnifatı üzrə:

şöbə müdiri; sektor müdiri; regional bölmənin rəhbəri - 85

AB2

inzibati vəzifələrin 4-cü təsnifatı üzrə:

şöbə müdirinin müavini; dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi; regional bölmənin rəhbərinin müavini - 80

AB3

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

sektor müdiri; şöbə müdirİ - 75

AB4

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

şöbə müdirinin müavini - 70

AC

AC1

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

yerli bölmənin rəhbəri; mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri - 80

AC2

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

şöbə müdiri; sektor müdiri; yerli bölmənin rəhbəri- 75

AC3

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

yerli bölmələrin rəhbərlərinin müavini; şöbə müdirinin müavini; mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri - 70

AC4

inzibati vəzifələrin 7-ci təsnifatı üzrə:

sektor müdiri - 65

BA

BA1

inzibati vəzifələrin 4-cü təsnifatı üzrə:

baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi - 85

BA2

inzibati vəzifələrin 4-cü təsnifatı üzrə:

aparıcı məsləhətçi; məsləhətçi - 80

BA3

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi- 75

BA4

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi - 70

BB

BB1

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi - 80

BB2

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi - 75

BB3

inzibati vəzifələrin 7-ci təsnifatı üzrə:

baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi - 70

BB4

inzibati vəzifələrin 7-ci təsnifatı üzrə:

aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi - 65

Qeyd: A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:

- AA qrupu; - AB qrupu; - AC qrupu.

B növü - inzibati icraçı vəzifələr üzrə:

- BA qrupu; - BB qrupu