BolgeXeber.Com » Xəbərlər » Azərbaycanlı məmur adına çaxır istehsal etdirdi - FOTOLAR

Azərbaycanlı məmur adına çaxır istehsal etdirdi - FOTOLAR

19-08-2017, 16:40
Oxunub: 2 645 Azərbaycanlı məmur adına çaxır istehsal etdirdi - FOTOLARFransız mətbuatı yerli məhsul olan Maison şərabının butulkasının fotosunu paylaşıb

Bolgexeber.com
Haqqin.az-a istinadən xəbər verir ki, "Grand Vin de Bordeux” şirkəti tərəfindən istehsal edilən həmin şərab şüşəsinin Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlının şərəfinə buraxıldığı yazılır.

Adıçəkilən şərab şüşəsinin etiketində "Maison d'Aslanli” yazısı qeyd olunub. Bundan başqa etiketdə azərbaycanlı məmurun imzası görmək mümkündür.

Məlumata görə, Rüfət Aslanlı nadir və kolleksiya şərablarının həvəskarıdır. Həmin şərabların 3 min avrodan 5 min avroya qədər dəyəri var. Ən maraqlısı isə etiketdə pilləkənləri qalxan gənc aslanın rəsminin yer aldığı gerbin təsviridir.

Jurnalistlər bu gerbin gizli mənasını da açıqlayıblar. Belə ki, oradaki aslan Rüfət Aslanlının soyadını əks etdirir. Pilləkənlər isə gənc məmurun "karyera nərdivanları” kimi şərh olunub.
Azərbaycanlı məmur adına çaxır istehsal etdirdi - FOTOLAR
Azərbaycanlı məmur adına çaxır istehsal etdirdi - FOTOLAR