BolgeXeber.Com » Xəbərlər » Ramil Quliyev “Diamond League”-in qalibi olub-VIDEO

Ramil Quliyev “Diamond League”-in qalibi olub-VIDEO

21-08-2017, 09:24
Oxunub: 2 312 Ramil Quliyev “Diamond League”-in qalibi olub-VIDEOAzərbaycanlı atlet Ramil Quliyev növbəti zəfərini qazanıb

Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin şərəfini qoruyan 27 yaşlı həmyerlimiz dünya çempionluğunun ardınca “Diamond League” ("Brilliant Liqa”) daha bir qızıl medala sahib olub.

Yarışların 2017-ci il Paris mərhələsində 200 m məsafəyə qaçışda ən sürətli olan sprinteri Birmingem mərhələsində də keçən olmayıb. İdmançı finiş xəttinə 20,17 saniyəyə çatıb. O, ən yaxın izləyicini 0,09 saniyə qabaqlayıb.