BolgeXeber.Com » Xəbərlər » Baş prokuror Zakir Qaralov bu rayonların vətəndaşlarını qəbul edəcək

Baş prokuror Zakir Qaralov bu rayonların vətəndaşlarını qəbul edəcək

21-08-2017, 18:11
Oxunub: 1 971 Baş prokuror Zakir Qaralov bu rayonların vətəndaşlarını qəbul edəcəkQax, Balakən, Zaqatala, Şəki, Qəbələ və Oğuz rayonlarında yaşayan vətəndaşların nəzərinə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il avqustun 25-də saat 10:00-da Qax rayon prokurorluğunun inzibati binasında Qax, Balakən, Zaqatala, Şəki, Qəbələ və Oğuz rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

Baş Prokurorluğun Bolgexeber.com-a mətbuat xidmətindən -a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qax şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-