BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər nümayəndəliyində əhalinin mədəni istirahətinə xüsusi diqqət ayrılıb

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər nümayəndəliyində əhalinin mədəni istirahətinə xüsusi diqqət ayrılıb

21-08-2017, 18:28
Oxunub: 1 743 Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər nümayəndəliyində əhalinin mədəni istirahətinə xüsusi diqqət ayrılıbBərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon nümayəndəliyində yay mövsümü ilə əlaqədar əhalinin mədəni istirahətinin təşkilinə dair tədbir proqramı təşkil olunub. Tədbirlər planına uyğun olaraq keçirilən tədbir Tərtər rayon Mədəniyyət Mərkəzi və Uşaq musiqi məktəbinin iştirakı ilə Tərtər şəhər Mədəniyyət və İstirahət parkında baş tutub

Bolgexeber.com xəbər verir ki,konsert proqramında Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Evoğlu kənd mədəniyyət evi, Dəmirçilər kənd sənətkarlıq evi və Söylən kənd folklor klubunun bədii özfəaliyyət dərnəklərinin üzvlərinin ifasında Azərbaycan xalq mahnıları, muğamlar və şən mahnılar səsləndirilib.

Bundan başqa tədbirdə Tərtər rayon MKS-nin işçiləri də səyyar kitabxana xidməti təşkil edib.

Kitab sərgisində Azərbaycan yazarları ilə birlikdə xarici yazıçıların da əsərləri, uşaq ədəbiyyatından nümunələr və kitabxanada olan yeni nəşrlər də sərgilənib.

Onu da qeyd edək ki, konsert proqramı və səyyar kitabxana xidməti tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Konsert proqramında ifa edilən bir-birindən maraqlı ifalar isə davamlı olaraq alqışlarla qarşılanıb.