BolgeXeber.Com » Dünya » Keşiş 15 yaşlı qızı yoldan çıxardı

Keşiş 15 yaşlı qızı yoldan çıxardı

29-11-2012, 15:25
Oxunub: 4 793 Ukraynada pravoslav keşişini həddi-büluğa çatmamış qız uşağı ilə cinsi münasibətlərə girməkdə günahlandırırlar.

Ukraynanın Rovno vilayətində milis orqanları bir keşiş haqqında araşdırma aparır. Cinayət məcəlləsinin 1-ci hissəsinin 155-ci maddəsi ilə qaldırılan cinayət işində 22 yaşlı yerli pravoslav kilsəsinin keşişi Nikolay 15 yaşlı Qalya adlı yerli qızla cinsi əlaqəyə girdiyi qeyd olunur.

Keşişin ifadəsindən qalyanın özünün ona diqqət ayırdığı, gecə yaşadığı yerə özünün gəldiyi aydın olur. Yerli sakinlərin dediklərinə görə, keşiş içkiyə aludə bir adamdır.

Kilsə rəhbərliyi seks qalmaqalında adı hallanmış keşişi dini rütbəsindən mərhum edib.

Günahı sübuta yetirilsə keşiş Nikolayı 3 illik həbs cəzası gözləyir.