BolgeXeber.Com » Analitika » Nədən Azərbaycanda icra başçısı postu "KİŞİ İŞİ" hesab olunur? - Cəmi 1 qadın icra başçımız var

Nədən Azərbaycanda icra başçısı postu "KİŞİ İŞİ" hesab olunur? - Cəmi 1 qadın icra başçımız var

23-08-2017, 15:12
Oxunub: 4 408 Nədən Azərbaycanda icra başçısı postu "KİŞİ İŞİ" hesab olunur? - Cəmi 1 qadın icra başçımız varÖlkəmizdə bir çox sahələrin rəhbər vəzifələrində qadın təmsilçilərin sayı azlıq təşkil edir

Cebhe.info əməkdaşı icra hakimiyyəti başçısı olan qadınların sayını öyrənib. Qısa araşdırma zamanı bəlli olub ki, ölkədə icra hakimiyyətinin rəhbərlərindən ancaq biri qadındır.

Bu, Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Akif qızı Gülməmmədovadır. 1962-ci il təvəllüdlü İ.Gülmmədova 2015-ci ildə bu vəzifəyə təyin edilib.

Ötən ilə aid məlumata görə, hazırda respublikanının daxili işlər orqanlarında ümumilikdə 3000-ə yaxın qadın xidmət aparır ki, bu da iddiaların əksinə olaraq, şəxsi heyətin ümumi sayının 3,5 faizini deyil, bu rəqəmdən az qala 3 dəfə çoxunu, yəni 10 faizini təşkil edir. Bu göstərici ilbəil artır.

Maraqlıdır, digər xarici ölkələrdə bu sahədə qadınların sayı kişilərlə müqayisədə necə dəyişir?

Avropa Statistika Qurumu (Eurostat) Avropa İttifaqı ölkələrində rəhbər vəzifədə çalışan qadınlarla bağlı hesabatına görə, Aİ ölkələrində idarə heyətində işləyənlərin 35 faizi qadındır. Rəhbərlərin 65 faizini kişilər, 35 faizini isə qadınlar təşkil edib. Bu isə o deməkdir ki, Aİ ölkələrində hər 3 rəhbərdən biri qadındır. Bir çox xarici ölkələrə nəzər salaq:

Latviyada rəhbər vəzifədə çalışanların 53 faizi, Bolqarıstan və Polşada 44 faizi, İrlandiyada 43 faizi, Estoniyada isə 42 faizi qadındır. Digər ölkələrlə müqayisədə Türkiyədə qadın rəhbərlər daha az- 26 faizdir. Lüksemburq, Avstriya, Belçika, Almaniya, İtaliya və Cənubi Kiprdə isə qadın rəhbərlər 25 faizdən aşağıdır.

Hesabata görə, menecer kimi işləyən qadınlar isə kişilərdən orta hesabla 23,4 faiz az qazanc əldə edirlər. Cinslər üzrə qazanclar arasında fərqin az olduğu ölkə isə Rumınıyadır. Burada fərq 5 faizə bərabərdir. Bəzi ölkələrdə də bu fərq o qədər nəzərə çarpmır. Sloveniya 12,4 faiz, Belçika 13,6 faiz, Bolqarıstan 15% faiz təşkil edir. Macarıstan və Çexiya kimi ölkələrdə bu fərq daha aydın nəzərə çarpır. Belə ki Macarıstanda bu faiz 33,7 faiz, İtaliyada 33,5, Çexiyada isə 29,7 olub.