BolgeXeber.Com » Xəbərlər » Xarici və yerli turistlər son dövrlər Azərbyacanın 5 əsr paytaxt şəhəri olmuş Bərdə şəhərinə böyük maraq göstərirlər

Xarici və yerli turistlər son dövrlər Azərbyacanın 5 əsr paytaxt şəhəri olmuş Bərdə şəhərinə böyük maraq göstərirlər

23-08-2017, 16:41
Oxunub: 3 387 Xarici və yerli turistlər son dövrlər Azərbyacanın 5 əsr paytaxt şəhəri olmuş Bərdə şəhərinə böyük maraq göstərirlərQədim tarixə, mədəniyyətə, adət-ənənələrə malik olan Azərbaycan şəhərləri müxtəlif xüsusiyyətlərilə bir-birindən fərqlənir

Bu qədim tarixə, mədəniyyətə, adət-ənənəyə malik şəhərlərdən biri də məhz Bərdə şəhəridir. Öz əvvəlki əzəmətini bərpa edən şəhər son dövrlər yerli və xarici turistlərin diqqətini daha çox cəlb etməkdədir. Belə ki, şəhər ərazisində yerləşən istirahət və əyləncə parkları, tarixi abidələr, möhtəşəm üslubda tikilmiş mədəniyyət müəssisələri yerli turistlərlə yanaşı xarici turistlərin də böyük marağına səbəb olur. Davam etməkdə olan turist axını şəhərin bundan sonra daha da inkişafına və beynəlxalq aləmdə tanınmasına xidmət edir.

Bolgexeber.com xəbər verir ki,tarixi zənginlik baxımdan daima diqqət mərkəzində olan Bərdə elmi tədqiqatçılar, alimlər tərəfindən maraqla araşdırılır. Bu baxımdan Bərdə rayon Tarix-Diyarşünaslıq muzeyi də tədqiqatçıların, alimlərin və turistlərin ən çox axın etdiyi yerlərdən biridir.

Muzəyə gələn qonaqlara Bərdə rayon Tarix-Diyarşünaslıq Muzeyində rayonun tarixini əks etdirən eksponatlar, foto-stendlər və yerli əhalinin muzeyə hədiyyə etdiyi eksponatlar nümayiş olunur. Gələn qonaqlar içərisində Amerika Birləşmiş Ştatları, İngiltərə, Şotlandiya, Uels və digər ölkə vətəndaşları üstünlük təşkil edir.

Bundan başqa muzeydə Bərdə şəhərinin tarixi, maddi-mədəni sərvətləri haqqında geniş məlumat verilir ki, bu da öz növbəsində turistlərin kifayət qədər şəhər haqqında məlumatlı olmalarına xidmət edir.

Bütün bunlarla yanaşı şəhərə təşrif buyurmuş qonaqların, yerli və xarici turistlərin mədəni istirahətini təmin etmək üçün istirahət və əyləncə parklarında konsert proqramları da təşkil olunur. Hər həftə sonu keçirilən bu konsert proqramları Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən həyata keçirilir.

Qeyd edək ki, son dövrlər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq turizm sektoru da davamlı artım tendensiyası ilə davam edir və bu sahənin bölgələrində inkişafı göz qarşısındadır.
Xarici və yerli turistlər son dövrlər Azərbyacanın 5 əsr paytaxt şəhəri olmuş Bərdə şəhərinə böyük maraq göstərirlər
Xarici və yerli turistlər son dövrlər Azərbyacanın 5 əsr paytaxt şəhəri olmuş Bərdə şəhərinə böyük maraq göstərirlər
Xarici və yerli turistlər son dövrlər Azərbyacanın 5 əsr paytaxt şəhəri olmuş Bərdə şəhərinə böyük maraq göstərirlər