BolgeXeber.Com » İdman » Azərbaycan klubu tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb

Azərbaycan klubu tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb

24-08-2017, 10:20
Oxunub: 3 233 Azərbaycan klubu tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıbAğdamın “Qarabağ” klubu Azərbaycan futbol tarixində ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb

“Report” xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv buna Danimarkada “Kopenhagen”lə “pley-off” mərhələsinin cavab oyununda lazımı nəticəni təmin etməklə nail olub.
Bakıda baş tutan ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Qarabağ”, rəqib meydanında 1:2 uduzsa da, səfər qolu sayəsində yoluna qitənin ən nüfuzlu klub turnirində davam edib.
Qeyd edək ki, ÇL-in qrup mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək. Monakoda baş tutacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Çempionlar Liqası
"Pley-off” mərhələsi, cavab oyunu
23 avqust
"Kopenhagen” (Danimarka) - "Qarabağ” (Azərbaycan) - 2:1
Qol: Federiko Santander, 45. Andriya Pavloviç, 66 - Dino Ndlovu, 63
Baş hakim: Alberto Undiano Malyenko
Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Raul Kabanyero Martines
Əlavə köməkçi hakimlər: Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines
Dördüncü hakim: Dieqo Barbero Sevilya (hakimlər briqadası İspaniyadandır)
Hakim-inspektor: Alfredo Trentalanye (İtaliya)
UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)
Kopenhagen. "Parken” stadionu
İlk oyun – 0:1