BolgeXeber.Com » Gündəm » ""Bank of Baku"nun əməkdaşları məni təhqir edib, alçatdılar" - Vətəndaş başına gətirilənlərdən YAZDI

""Bank of Baku"nun əməkdaşları məni təhqir edib, alçatdılar" - Vətəndaş başına gətirilənlərdən YAZDI

25-08-2017, 10:47
Oxunub: 3 569 ""Bank of Baku"nun əməkdaşları məni təhqir edib, alçatdılar" - Vətəndaş başına gətirilənlərdən YAZDIAtası rəhmətə gedən vətəndaş "Bank of Baku"dan şikayətçidir

Elçin Əhmədov adlı vətəndaş AZXEBER.COM-a müraciət edərək sözügedən bankın əməkdaşları tərəfindən təhqirlərə məruz qaldığını bildirib. Vətəndaşın sözlərinə görə, iki ay öncə vəfat edən atası Əhmədov Şəmsəddin Müşfiq oğlunun ölümündən sonra o atasının adında olan "Bolkart" kartını bağlatdırmaq qərarına gəlib. Bunun üçün banka müraciət edən vətəndaş başına gətirilən hadisə haqqında yazıb:

"Atam iki aya yaxındır ki, vəfat edib. Atamın vəfatının ardından bankdan çoxlu sayda zənglər gəldi ki, bəs atanızın borcu var. Mən də banka yaxınlaşıb atamın vəfat etdiyini bildirdim. Onlara ölüm kağızını təqdim edərək, kartın ləğv edilməli olduğunu söylədim. Ortada böyük bir məbləq də yox idi. Bankdan mənə Şirvan filialına yaxınlaşmağımı söylədilər. Bunun üçün isə ölüm kağızının nüsxəsinin kifayət edəcəyini bildirdilər".

Vətəndaşın sözlərinə görə, o Şirvan filialınma yaxınlaşaraq "Bolkart"ın ləğv edilməsini xahiş edib. Bank isə ondan ölüm kağızının notarial təsdiqini istəyib:

"Mənə nüsxənin əsli ilə təsdiq edilməsi təklif edildi. Ölüm kağızının əsli də yanımda idi və onlara bu kağızı təqdim etdim. Və bank əməkdaşlarına söylədim ki, notarial təsdiqə ehtiyyac olmadığını mənə mərkəzi filialdan bildiriblər. Ancaq konfilikt yaşandı və filial müdiri Aslan Nəbiyev mənimlə təhqiramiz, alçaldıcı formada danışdı. Bu konfiliktin ardından mən bankın filialını tərk etdim. Bu məsələnin ictimailəşməsini istəyirəm. Qoy insanlar bankların vətəndaşlarla necə davrandıqlarını görsünlər".

Bolgexeber.com olaraq məsələyə münasibət öyrənmək üçün "Bank of Baku"nun Şirvan filialı ilə əlaqə saxlamağa çalışdıq. Ancaq filialdan çoxsaylı zənglərimizə cavab verən olmadı.