loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Şəkililər nədən narazıdır? - GİLEY

Şəkililər nədən narazıdır? - GİLEYKəndin aşağı tərəfində bulaqlar var, sakinləri narahat edən həm də odur ki, çaya atılan dərmanlar axara düşərək bulaqlar olan ərazilərədək gedib çıxır

"Bir də baxdıq ki, məhəllənin uşaqları qucaqlarında çoxlu dərman qutularıyla gəlirlər. Sən demə, çayın kənarına gətirib dərmanla dolu iri qutular tullayıblar. Həm çayı zəhərləyiblər, həm də ərazidəki insanların, əsasən, uşaqların həyatını təhlükəylə üz-üzə qoyublar". DİA.AZ bildirir ki, bunu Şəkinin Qumux kənd sakini Mirvari Əliyeva deyir.

Bir həftədən çoxdur ki, kənddən keçən çayın kənarına istifadə müddəti ötmüş dərmanlarla dolu iri qutular atılıb. Sakinlərin sözünə görə, yaxınlıqda yaşayan uşaqlar yüzlərlə dərman qutusunu açaraq onunla oynayırlar. Mirvari Əliyeva: "Uşağı səhərdən axşamadək nəzarətdə saxlamaq olmur. Gözdən qoyunca, uşaqları gedib çay kənarında - dərman qutularının arasında tapırıq. Kimin uşağına baxırsan, hərəsinin qucağında bir iri qutu dərmanla gəzir. Gəlib ərazini dərmanlardan təmizləməsələr, bir azdan kənddə zəhərlənmə baş alıb gedəcək".

Sakinlərin iddiasına görə, dərmanlar həm də ərazidən keçən çaya atılır. Bu çaydansa heyvanlar su içir. Kənd sakini Mövlüd Hüseynov: “Üstəlik, dərmanların atıldığı ərazi bizim heyvanların örüş yeridir. Dərmana görə heyvanları otarmağa apara bilmirik. İri qutulardır, hamısının içində istifadə müddəti keçmiş dərman... Mənşəyi bilinməyən dərmanlardır. Məhlul şəklində olan dərmanlar günün altında qalıb iylənir, ətrafa yayılır”.

Kəndin aşağı tərəfində bulaqlar var, sakinləri narahat edən həm də odur ki, çaya atılan dərmanlar axara düşərək bulaqlar olan ərazilərədək gedib çıxır.

Kənd sakinləri tez-tez zibilliyə çevrilən ərazini özləri təmizləyirlər. Düzdür, kimlərsə də hamı yatandan sonra "gecə qara-cücə qara" deyib, kənardan maşınla gətirib bura dərmanla dolu qutular atır.
Bölmə: Bölgə | 25 avqust 2017 14:00 | Baxış sayı: 92





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: