BolgeXeber.Com » Dünya » Rusiyada avtobusun dənizə düşməsi nəticəsində ölənlərin sayı 17-yə yüksəlib

Rusiyada avtobusun dənizə düşməsi nəticəsində ölənlərin sayı 17-yə yüksəlib

25-08-2017, 14:08
Oxunub: 2 698 Rusiyada avtobusun dənizə düşməsi nəticəsində ölənlərin sayı 17-yə yüksəlibRusiyanın Krasnodar vilayətində "Tamanneftqaz" şirkətinin fəhlələrini daşıyan avtobusun 4 metr hündürlükdən Qara dənizə düşməsi nəticəsində ölənlərin sayı 17-yə yüksəlib

APA-nın məlumatına görə, avtobusda olanlardan 27-ni xilas etmək mümkün olub, bir nəfərin axtarışı davam etdirilir.

Qəzanın baş verməsinin əsas səbəbi kimi yol hərəkəti qaydalarının pozulması göstərilir. Artıq cinayət işi başlanıb.

Avtobus kran vasitəsilə sudan çıxarılıb. Hadisə yerində 80 xilasedici və 27 texnika işləyir.