BolgeXeber.Com » Gündəm » Şinəband,Orand və Nuravud yolları təhlükə mənbəyinə çevrilib –dəhşət saçan fotolar

Şinəband,Orand və Nuravud yolları təhlükə mənbəyinə çevrilib –dəhşət saçan fotolar

26-08-2017, 09:54
Oxunub: 9 513 Şinəband,Orand və Nuravud yolları təhlükə mənbəyinə çevrilib –dəhşət saçan fotolarAzərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, son illər bölgələrdə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması geniş vüsət alıb

Bu məqsədlə bölgələrdə dağılmış və yenilənməyə ehtiyacı olan yolların təmirinə dövlət büdcəsindən milyonlarla vəsait ayrılır.
Ancaq Lerikin Şinəband, Orand və Nuravud yollarından bölgə müxbirimizin göndərdiyi fotolara baxanda görürük ki, rayon rəhbərliyi yolların təmirini diqqətdən kənarda saxlayır.
Fotolardan bəlli olduğu qədərilə uçqunlar nəticəsində sözügedən yollarda gediş-gəliş müşkül məsələyə çevrilib. Artıq yol aşınmaya məruz qalıb və gün-gündən vəziyyət daha acınacaqlı hal alır.
Qeyd etmək yerinə düşər ki, keçən il qış aylarında Orand kəndində uçqun nəticəsində dağılmış yolda hərəkət edən avtomobil qəzaya düşmüşdü. Beləcə təmirsiz qalan yol bir ailənin faciəsinə səbəb olmuşdu.
Şinəband, Orand, Nuravud yollları təmir olunmadıqca, kim bilir, daha hansı ailələri belə faciə gözləyir.
Sürücülərin sözlərinə görə, bu yollarda hərəkət edəndə avtomobili ehtiyatla idarə etməyə çalışırlar. Çünki kiçik bir səhv onların həyatı bahasına başa gələ bilər.
Məsələyə münasibət öyrənmək üçün Bolgexeber.com olaraq Lerik RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova ilə əlaqə saxladıq.
“Bu yaxınlarda Lerik RİH-də rayon ictimaiyyətinin iştirakı ilə sakinlər qəbul edildi və nəinki sözügedən yol problemi, digər problemlər də qaldırıldı. Və İcra hakimiyyəti tərəfindən söz verildi ki, qısa müddət ərzində əlimizdə olan texniki imkanlar vasitəsilə bu yolların vəziyyəti nisbətən yaxşılaşdırılacaq.
Yolların yenidən qurulması ilə bağlı da müvafiq qurumlara müraciət etmişik və cavab gözləyirik.” – deyə Arzu Vəliməmmədova bildirdi.

İbrahim
Foto: İlqam Cəbiyev

Bolgexeber.com