BolgeXeber.Com » Siyasət » Prezident İlham Əliyev moldovalı həmkarına məktub göndərib

Prezident İlham Əliyev moldovalı həmkarına məktub göndərib

26-08-2017, 16:56
Oxunub: 2 763 Prezident İlham Əliyev moldovalı həmkarına məktub göndəribPrezident İlham Əliyev Moldova prezidenti İqor Dodona təbrik məktubu göndərib

Bolgexeber.com-un məlumatına görə, məktubda deyilir: "Hörmətli cənab Prezident!

Moldova Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına sülh və rifah diləyirəm!.