BolgeXeber.Com » İqtisadiyyat » ƏMDK-nin 3 saylı ərazi idarəsi vətəndaşlara necə xidmət göstərir? VİDEO

ƏMDK-nin 3 saylı ərazi idarəsi vətəndaşlara necə xidmət göstərir? VİDEO

28-08-2017, 16:21
Oxunub: 3 888 ƏMDK-nin 3 saylı ərazi idarəsi vətəndaşlara necə xidmət göstərir? VİDEODaşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsi mərkəzi Gəncə şəhəri daxil olmaqla, Göygöl, Samux və Daşkəsən rayonunun sakinlərinə xidmət göstərir

Əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsi, torpaq sahələrinin özəlləşdirilməsi, habelə daşınmaz əmlakın qiymətləndirilməsi istiqamətində proseslər tam şəffaf formada, vətəndaşların rahatlığı proritet tutularaq həyata keçirilir.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən mütamadi olaraq, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi yönündə çoxşaxəli tədbirlər görülür.
3 saylı ərazi idarəsinə müraciət edən sakinlər bildirirlər ki, artıq uzun sıralarda gözləmək məcburiyyətində qalmırlar. Bütün prosedur elə tənzimlənib ki, vaxt itkisi yaşanmır.
Rubrikamızın növbəti reportajı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ərazi idarəsi haqqında olacaq.