BolgeXeber.Com » İdman » İki boksçumuz Ermənistanda növbəti mərhələyə yüksəldi

İki boksçumuz Ermənistanda növbəti mərhələyə yüksəldi

1-12-2012, 08:50
Oxunub: 4 898 Ermənistanın paytaxtı İrəvanda keçirilən boks üzrə gənclər arasında dünya çempionatının ikinci günündə üç Azərbaycan idmançısı mübarizəyə qoşulub.

Bolgexeber.com-un məlumatına görə, 1/32 finalda 91. kq çəkidə yarışan Rahil Məmmədli puerto-rikolu rəqibi Sureta Murielyaya 17:11 (8:5, 6:3, 3:3) hesabı ilə qalib gəlib. O, dekabrın 2-də keçiriləcək növbəti mərhələdə venesuelalı Alfonso Floreslə qarşılaşacaq.
52 kq. çəkidə yarışan Tural Əhmədov da mübarizəyə qələbə ilə başlayıb. O, 1/32 finalda Norveç boksçusu Hadi Hassan Sruraya qalib gəlib – 21:21 (7:7, 9:3, 5:2). 1/16 finalda T.Əhmədov Mavritaniya boksçusu Donovan Qeri ilə döyüşəcək. Bu qarşılaşmda da dekabrın 2-də baş tutacaq.
Bu gün mübarizəyə qoşulan Rauf Rəhimov (81 kq.) isə gürcüstanlı Aleksandr Dokvadze ilə görüşdə rinqi məğlub tərk edib. Hesab 6:5 rəqibin xeyrinə olarkən hakimlər boksçumuzu yarışdan kənarlaşdırıb və qələbəni A.Dokvadzeyə verib.
Qeyd edək ki, ilk yarış günündə bir boksçumuz Nəsrəddin Məmmədov uduzmuşdu.