BolgeXeber.Com » İdman » İdmançımız Niçat Əliyev 6-cı dəfə Avropa çempionu oldu-FOTO

İdmançımız Niçat Əliyev 6-cı dəfə Avropa çempionu oldu-FOTO

30-08-2017, 09:22
Oxunub: 3 236 İdmançımız Niçat Əliyev 6-cı dəfə Avropa çempionu oldu-FOTODünən Ukraynanın Odessa şəhərində keçirilən Universal döyüş üzrə Avropa çempionatı keçirilib

Yarışda Azərbaycanı təmsil edən idmançımız Dünya və Avropa çempionu Niçat Əliyev 6-cı dəfə Avropa çempionu oldu .Bolgexeber.com-un əməkdaşı Təbriz Məhərrəmoğlu idmançımız ilə telefon əlaqəsi saxladı və yarışla bağlı idmançımızın təəsüratlarını öyrəndi. Niçat Əliyev təəsüratlarını əməkdaşımızla belə bölüşdü :"Sevincimin həddi-hüdudu yoxdur. 6-cı dəfə Avropa çempionu oldum. Mən bu yarışa yüksək səviyyədə hazırlaşırdım. Şükür Allaha çempion oldum.Komandamızın baş məşqiçisinə və müəllimimə öz təşəkkürümü bildirirəm. Hər zaman bütün ölkələrdə bayrağımızı dalğalandırmışam,inşallah bundan sonra da dalğalandıracam". Qeyd edək ki, idmançımızın rəqibi Ukrayna idmançısı olub.Biz də Bolgexeber.com olaraq idmançımıza uğurlar arzulayırıq.
İdmançımız Niçat Əliyev 6-cı dəfə Avropa çempionu oldu-FOTO
İdmançımız Niçat Əliyev 6-cı dəfə Avropa çempionu oldu-FOTO
İdmançımız Niçat Əliyev 6-cı dəfə Avropa çempionu oldu-FOTO