BolgeXeber.Com » Dünya » Qardaşını diri-diri məzara basdırdı

Qardaşını diri-diri məzara basdırdı

1-12-2012, 10:00
Oxunub: 3 872 Hadisə Türkiyədə baş verib

Çox musiqiyə qulaq asan qardaşını bu xasiyyətindən əl çəkdirmək və axirət həyatını xatırlatmaq üçün diri-diri məzara qoydu. Mətbuata açıqlama verən Ramazan Çepninin sözlərinə görə qardaşı Barış həddindən artıq dərəcədə musiqiyə qulaq asırdı: “Qardaşıma nə edim deyə düşünərkən ağlıma bu gəldi. Bir axşam bizim kənddə yas düşdü. Məzarı mən qazırdım. Ağlıma qardaşımın etdikləri gələn kimi onu yanıma çağırdım. Xəbəri yox idi ki, onu məzara qoyacam. Qardaşımın məzara girməsini istədim. O da girdi, məzarın içinə. Mən də taxtaları dərhal üzərinə bağladım”. Bundan sonra Ramazan qardaşından namaz qılmaq razılığı alandan sonra onu məzardan çıxarıb.