BolgeXeber.Com » Gündəm » "İcra Hakimiyyəti problemlərimizə laqeyd yanaşır" - Zaqatala sakinləri

"İcra Hakimiyyəti problemlərimizə laqeyd yanaşır" - Zaqatala sakinləri

29-08-2017, 19:24
Oxunub: 4 590 "İcra Hakimiyyəti problemlərimizə laqeyd yanaşır" - Zaqatala sakinləriZaqatalanın Ələsgər və digər qonşu kəndlərinin sakinləri uzun illərdir rayonun mərkəzindən uzaq qalıblar

Rayonun mərkəzi ilə bu kəndlər arasında axan geniş çay sakinlərin gediş-gəlişinə ciddi problemlər yaradır.
Kənd sakinləri bu çaydan keçərək gündəlik ərzaq malları almağa, rayonun mərkəzi xəstəxanasına gedərkən öz həyatlarını da ciddi təhlükə altına atmış olurlar.
Çünki heç kəs həyatdan sığortalanmayıb və demək olar ki, hər gün çayda boğulma hadisələrini eşidirik.
Sakinlərin sözlərinə görə, bu kəndlərdən mərkəzə getmək üçün həftədə 3 dəfə bir avtobus işləyir, o da çox az intervalla.
Zaqatala RİH-dən bu çayın kənarına bənd çəkiləcəyi ilə bağlı dəfələrlə vədlər verilib, ancaq indiyə qədər bir tədbir görülməyib.
Səhhətində problem yaranan şəxslərə çağırılan təcili tibbi yardım yolların pis olması səbəbilə bir neçə saata gəlir. Ağır xəstələrin ağrıları baş qaldıranda xəstə doğmaları böyük narahatlıq keçirir.

Məsələyə münasibət öyrənmək üçün Zaqatala RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanovanın iş nömrəsi ilə əlaqə saxlamaq istəsək də dəstəyi qaldıran olmadı.
Rayon icra hakimiyyətinin digər məsul şəxsləri ilə əlaqə yaratmaq da mümkün olmadığı üçün Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadədən münasibət öyrənmək istədik.
Dəstəyi başçının köməkçisi Xəqani Məmmədov qaldırdı.