BolgeXeber.Com » Ölkə » Lənkəranda minik avtomobili ilə motosiklet toqquşub-VİDEO

Lənkəranda minik avtomobili ilə motosiklet toqquşub-VİDEO

30-08-2017, 13:18
Oxunub: 2 355 Lənkəranda minik avtomobili ilə motosiklet toqquşub-VİDEOLənkəranda minik avtomobili ilə motosiklet toqquşub və nəticədə motosikletin sürücüsü xəsarət alıb

Bölgə TV-nin cənub bürosunun verdiyi məlumata görə, Hadisə Ələt-Astara magistral yolunun Gərmətük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Astara rayonunun Maşğan kənd sakini 31 yaşlı Ramin Mirzəyevin idarə etdiyi 90 ST 494 dövlət nömrə nişanlı minik avtomaşınla , Lənkəranın Gərmətük kənd sakini 1994-cü il təvəllüdlü İlkin Axundzadənin idarə etdiyi yüklə dolu motosiklet toqquşub.
Nəticədə motosikletin sürücüsü xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu deyilir.

Hadisə ilə bağlı araşdırma aparılır.