BolgeXeber.Com » Analitika » Qurban Bayramının uşaqlarda yaratdığı travmalar…

Qurban Bayramının uşaqlarda yaratdığı travmalar…

31-08-2017, 15:20
Oxunub: 4 448 Qurban Bayramının uşaqlarda yaratdığı travmalar…Ən travmatik olan isə bu məsum canlının ölümünə şahid olub , ona kömək edə bilməməkdir

Qurban bayramı müsəlmanların ən böyük bayramı hesab olunur.Hər bir müsəlman imkanı çatdığı qədər qurban kəsməli və maddi durumu aşağı olan şəxslərə köməklik göstərməlidir.Əslində kəsilmiş bütün qurbanlar aztəminatlı insanlara kömək üçün nəzərdə tutulur.Az təminatlı ailələrə təkcə qurban bayramında deyil imkan daxilində müxtəlif vaxtlarda da köməklik göstərilərsə çox yaxşı olar.
Qurban bayramını böyüklərlə bərabər uşaqlar da qeyd edirər.Biz əslində uşaqlara əlində olanları paylaşmağı öyrədirik. Valideynlərin qurban kəsib, digər imkansız ailələrə paylaşması uşaqların gözü qarşısında baş verir. Bu yaxşı bir təşəbbüsdür.Amma, qurbanın uşaqların gözü qarşısında kəsilməsi bir sıra ciddi psixoloji problemlər yarada bilər.Qurban bayramında valideynlər gərək son dərəcə diqqətli olsun.Uşaqlar əslində qurban kəsiminin dini tərəfini o qədər də anlayacaq düşüncəyə malik deyillər.Onlar üçün qurban kəsmək sadəcə heyvanın uşağın gözləri qarşısında başının kəsilməsidir.Yəni sevdiyi insanlar(atası,əmisi,babası) tərəfindən bir canlının öldürülməsidir.Uşaqlar buna heç bir şəkildə mənalandıra bilmirlər. Uşaqlar heyvanları çox sevirlər.Qurban kəsiləcək heyvan onlar üçün bir sevinc mənbəyidir.İlk əvvəl heyvana sevgiylə yanaşırlar,onu qırmızı parça ilə bəzəyirlər,ehtiyyatla davranırlar və sonda bıçaqla başını kəsirlər.Bu hadislər uşaqların gözü qarşısında baş verir.Uşaqda bu prosesi izləmək ölüm qorxusu hissi yaradır və onun üçün böyük travmadır.Heyvanın kəsilməsi prosesi uşaqların gözləri qarşısında baş verdikdə bu onlarda çox ciddi psixoloji problemlər yaradır. İlkin halda uşaqların bu məsələyə reaksiyası müxtəlif ola bilər.Heyvanın uşaqların gözü qarşısında kəsilməsi mütləq şəkildə psixoloji problemlər yaradır. Azyaşlı uşaqlar üçün gözləri qarşısında qurbanın bıçaqla kəsilməsi, qanın o an fışqırmaqsı bir insanın öldürülməsindən heç də fərqlənmir.

Ən travmatik olan isə bu məsum canlının ölümünə şahid olub , ona kömək edə bilməməkdir.Uşaqlar qurban kəsən şəxsə qarşı aqressiv davranışlar sərgiləyə bilər. Eyni zamanda ona qarşı güvəni azalalır. Qurbanın kəsilməsi prosesini uşağın izləməsi bi sıra ciddi psixoloji problemlər yarada bilir.Bu psixoloji problemlər aşağıdakılardır.
-Ata,anasını itirmək qorxusu ; -Tək yatmaq qorxusu,yatanda ağlayaraq yatırlar,kabus görürlər;-Gecələr yerinə sidik qaçırma baş verir;-Özünə qapanır;-İştahsızlıq; -Dırnaq yeməyə başlayırlar;-Tiklər yarananır; -Niqində nöqsanlar yarana bilər; -Normalda tək edə biləcəkləri işlərdə valideynlərindən kömək istəyirlər;-Məktəb qorxusu yarana bilər və.s.
Övladınızın travma yaşamasını istəmirsinizsə qurbanı azyaşlı uşaqların gözü qarşısında kəsməyin.Eyni zamanda kəsiləcək heyvanı kəsilməzdən əvvəl uşaqlarla təmasda olmasına şərait yaratmayın. Uşağın yaşına görə bu bayramın mahiyyətini ona izah edin.
Qurban bayramında uşaqlara qurban travması yaşatmamanız diləyi ilə….
Müəllif;Psixoloq Xuraman İsmayılova
Psixoloq.az