BolgeXeber.Com » Ölkə » İzzət Bağırovun cangüdəni həbs olundu – Toyda düşən davanın TƏFƏRRÜATI
İzzət Bağırovun cangüdəni həbs olundu – Toyda düşən davanın TƏFƏRRÜATI
31-08-2017, 16:32
Oxunub: 4 752
Paytaxtın Nizami rayonunda, “Neolit” şadlıq evində insident baş verib
Bolgexeber.com bizimyol.info-ya istinadən verdiyi məlumata görə, restoranda keçirilən şənlik mərasiminin sahibinin qohumları məclisdə ifa etmək üçün dəvət olunmuş müğənni İzzət Bağırovu video kamera ilə lentə almadıqlarına görə kütləvi dava baş verib.
Belə ki, məlumata görə, Aslanovlar ailəsinin bir üzvünün ali məktəbə qəbul olunması münasibətilə şadlıq sarayının kiçik zalında şənlik mərasimi təşkil edilib. Bu zaman zalda həm şadlıq evinin, həm də məclis sahibinin qohumlarının videokameraları ilə çəkilişlər aparılıb.
Müğənni İzzət Bağırov ifa edən zaman məclis sahibinin qohumlarının kamerası müğənnini lentə almadığından o, həmin operatoru təhqir edərək zalı tərk edib. Müğənninin bu addımından hiddətlənən mərasim sahibləri şadlıq evinin həyətinə çıxaraq məsələyə aydınlıq gətirmək istəyiblər.
Bu zaman məclis iştirakçıları olan 44 yaşlı Aslanov Novruz Qərib oğlu, onun 16 yaşlı oğlu Vüsal Aslanlı və məclis sahibinin yaxın qohumu Asif Zeynalov müğənninin Elçin adlı cangüdəni və şadlıq evinin Tural adlı mühafizəçisi tərəfindən möhkəm döyülüblər. Xəsarət alan ata və oğlu 3 saylı şəhər xəstəxanasına, digər şəxs isə 1 saylı şəhər xəstəxanasına çatdırılıblar.
İlkin müayinələr zamanı Novruz Aslanovda kəllə-beyin travması, baş beyin silkələnməsi xəsarətləri aşkar edilib. Məlum olub ki, Novruz Aslanova küt alətlə xəsarət yetirilib. Zərərçəkən cərrahiyyə əməliyyatından sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Vüsal Aslanlı isə ilkin müayinələrdən sonra ambulator müalicəyə buraxılıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb və hər iki mühafizəçi şübhəli şəxs qismində saxlanılıb, araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər