BolgeXeber.Com » Xəbərlər » Tərtərdə sahibkarlığın güzəştli kreditləşməsinə dair işgüzar forum keçirilib-FOTO

Tərtərdə sahibkarlığın güzəştli kreditləşməsinə dair işgüzar forum keçirilib-FOTO

31-08-2017, 16:29
Oxunub: 1 581 Tərtərdə sahibkarlığın güzəştli kreditləşməsinə dair işgüzar forum keçirilib-FOTOİqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Tərtər rayonunda sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi sahəsində işgüzar forum keçirilib

Bolgexeber.com xəbər verir ki,tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Tərtər rayonunun iqtisadi potensialına uyğun olaraq, intensiv bağçılıq, üzümçülük, cins heyvandarlıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin və 3 lduzlu otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodik materiallar sahibkarlara təqdim olunub.

Forumda Fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlərdən istifadə etməklə həyata keçirilən layihələr barədə məlumat verilib. Vurğulanıb ki, 2017-ci ilin ötən dövrü ərzində 1000-dən çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 72 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 3000-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.

İndiyədək Tərtər rayonunda 264 sahibkara 5,1 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər 500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Fondun fəaliyyətində əsas prioritetlərdən biri sərhəd və cəbhə bölgəsində vətəndaşların sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması məqsədilə onlara dövlətin güzəştli kreditlərinin verilməsi və maarifləndirilməsidir. Ümumiyyətlə, indiyədək Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sərhəd və cəbhə bölgəsində fəaliyyət göstərən 19 mindən çox sahibkara 681 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 62500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

İşgüzar forumda müvəkkil kredit təşkilatları vasitəsilə Tərtər və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 492 min manatadək güzəştli kredit verilib. Bununla da 40-dan çox yeni iş yaradılacaqdır.

Tədbir çərçivəsində Tərtər rayonunda güzəştli kredit ayrılmış pambıqçılıq təsərrüfatlarına baxış keçirilib.
Tərtərdə sahibkarlığın güzəştli kreditləşməsinə dair işgüzar forum keçirilib-FOTO
Tərtərdə sahibkarlığın güzəştli kreditləşməsinə dair işgüzar forum keçirilib-FOTO
Tərtərdə sahibkarlığın güzəştli kreditləşməsinə dair işgüzar forum keçirilib-FOTO
Tərtərdə sahibkarlığın güzəştli kreditləşməsinə dair işgüzar forum keçirilib-FOTO