BolgeXeber.Com » Dünya » NASA dünyanın sonunu izah edir

NASA dünyanın sonunu izah edir

1-12-2012, 12:55
Oxunub: 4 037 ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) rəsmi saytında dekabrın 21-də dünyanın sonu olacağı ilə bağlı iddialara cavabların verildiyi xüsusi bölmə yaradılıb.

Bolgexeber.com bildirir ki, saytda dünyanın sonu ilə bağlı iddialara cavab verən NASA ekspertləri belə ehtimalın ümumiyyətlə olmadığını vurğulayırlar.

"Planetimiz 4 milyard ildən bəri mövcuddur və bundan sonra da mövcud olacaq. 2012-ci ilin dekabr ayı ilə bağlı hər hansı formada təhdid görmürük. Dekabrın 21-də dünyanın sonu olacağı ilə bağlı iddiaların kökü isə qədim şumerlərin kəşf etdikləri deyilən Nibiru adlı ulduz topasının Yer planetinə doğru irəliləməsi iddialarıyla başlamışdı.

Həmin iddialarda dünyanın sonunun 2003-cü ilin may ayında olacağı deyilirdi. Lakin dünyanın sonu olmadı və yalançı "təxminçilər" dünyanın sonu "vaxt"ını 2012-ci ilin dekabrın 21-nə keçirdilər. Mətbəxdəki təqviminiz dekabrın 31-də başa çatdığı kimi, qədim mayyaların təqviminin bir dövrü də 2012-ci ilin dekabrın 21-də başa çatır. Bu, sadəcə mayyaların təqvim dövrlərdən birinin bitməsi və yeni dövrün başlanmasıdır", - NASA ekspertləri bildiriblər.