BolgeXeber.Com » Xəbərlər » Ağcabədidə canavarlar 15 qoyunu parçalayıb, 22-ni yaralayıb

Ağcabədidə canavarlar 15 qoyunu parçalayıb, 22-ni yaralayıb

31-08-2017, 16:40
Oxunub: 2 060 Ağcabədidə canavarlar 15 qoyunu parçalayıb, 22-ni yaralayıbAğcabədidə canavarlar təsərrüfata hücum edib

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Şənlik kəndində baş verib.

Kənd sakini Arif Məmmədova məxsus təsərrüfata hücum edən canavarlar 15 baş qoyunu parçalayıb, 22 qoyunu isə ölümcül vəziyyətə salıb.

Rayon baytarlıq idarəsinin əməkdaşları hadisə yerində olub, yaralı heyvanlara vaksin vurub, ölən heyvanları isə basdırıblar.