BolgeXeber.Com » Dünya » Rusiyanın məşhur aktyoru Muxtarbəy Qantəmirov vəfat edib

Rusiyanın məşhur aktyoru Muxtarbəy Qantəmirov vəfat edib

31-08-2017, 17:17
Oxunub: 2 541 Rusiyanın məşhur aktyoru Muxtarbəy Qantəmirov vəfat edibRusiyanın xalq artisti Muxtarbəy Qantəmirov vəfat edib

Aktyor avqustun 31-də 83 yaşında dünyasını dəyişib.

Sirk və kino artisti, kaskadyor kimi tanınan aktyor Azərbaycan tamaşaçıları arasında “Qorxma, mən səninləyəm” filmində yaratdığı Rüstəm obrazı ilə məşhurlaşıb.

O, 1934-cü ildə Osetiyada atminmə üzrə peşəkar sirk artistlərinin ailəsində dünyaya gəlib. Onun atası Rusiyada ilk “Osetiya miniciləri” at teatrının yaradıcısıdı.

O, "Qorxma, mən səninləyəm" filmindən başqa, "Girov", "Cənnətin iki addımlığında", "Qədim Rusiya", "Cəsur Xoçbar haqqında hekayət", "Sovet dövrünün parkı" və digər filmlərdə də çəkilib.
Rusiyanın məşhur aktyoru Muxtarbəy Qantəmirov vəfat edib