BolgeXeber.Com » İdman » Ronaldu 14 qol vurmaqla Miyatoviçin rekordunu təkrarlayıb

Ronaldu 14 qol vurmaqla Miyatoviçin rekordunu təkrarlayıb

1-09-2017, 11:40
Oxunub: 2 669 Ronaldu 14 qol vurmaqla Miyatoviçin rekordunu təkrarlayıbFutbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Farer adaları komandası ilə Dünya çempionatı-2018-in seçmə mərhələ oyununda het-trik edib

Beləliklə, 32 yaşlı hücumçu cari seçmə mərhələdə vurduğu qolların sayını 14-ə çatdırıb.

Ronaldu bununla da, o vaxtkı Yuqoslaviya yığmasının heyətində Dünya çempionatı-1998-in təsnifat turnirində 14 qol vuran "Real" sabiq hücumçusu Predraq Miyatoviçin rekordunu təkrarlaya bilib.

Dünənki oyunda portuqaliyalılar evdə 5:1 hesabı ilə qalib gəliblər.