BolgeXeber.Com » Xəbərlər » Salyanda 31 yaşlı qadın intihar etdi

Salyanda 31 yaşlı qadın intihar etdi

1-09-2017, 12:32
Oxunub: 3 059 Salyanda 31 yaşlı qadın intihar etdiÖtən gecə saat 1-2 radələrində Salyan rayonunun Xıdırlı kəndində intihar hadisəsi baş verib

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, 1986-cı ildə anadan olmuş kənd sakini Göyüşova Kəmalə İkram qızı özünü yaşadığı evin həyətindəki yardımçı tikilidə press ipi ilə asaraq intihar edib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal edilir. Kəmalə Göyüşovanın 5 yaşlı 1 qızı qalıb.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.