BolgeXeber.Com » Xəbərlər » Tramp sanksiyaları Rusiyanı 3 ilə çökdürəcək – KQB generalı

Tramp sanksiyaları Rusiyanı 3 ilə çökdürəcək – KQB generalı

1-09-2017, 13:04
Oxunub: 2 080 Tramp sanksiyaları Rusiyanı 3 ilə çökdürəcək – KQB generalıABŞ Prezidenti Donald Trampın təsdiqlədiyi sanksiyalar artıq Rusiyaya təsir etməyə başlayıb

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında siyasətçi Yevgeni Marçuk söyləyib. O, bu sanksiyaların, tezliklə, Rusiya üçün yeni “sürpriz”lər yaradacağını bildirib:

“Bu qərar qlobal dünya siyasətində böyük dönüşdür. ABŞ bunun sayəsində Rusiyanı özünün qara siyahısında olan İran və Şimali Koreya ilə eyni mövqeyə qoyur. Artıq Amerika özünün rəsmi düşmənlərini üçə çatdırdı.

Bu sanksiyalar sayəsində Rusiya üç il ərzində xaricdən bir sent belə kredit ala bilməyəcək. Maliyyə baxımından bu, çox ciddi problemdir. Digər tərəfdən isə İT proqramları da Rusiyanın üzünə qapadılıb. Üstəlik, bu sanksiyalarda bütün xüsusi xidmət orqanlarına tapşırıq verilir ki, Rusiya oliqarxlarının çirkli pulları ilə bağlı hər şey 180 gün ərzində müəyyənləşdirilsin. 180 gün nə deməkdir? Bu, Rusiyadakı növbəti seçkiyə qalan müddətdir”.

Qeyd edək ki, Marçuk həm də Ukraynanın keçmiş baş naziridir. SSRİ Dövlət Təhlükəsizlik Komitəsində xidmət edən Marçuk burada general rütbəsinə qədər yüksəlib.