loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

"İcra Hakimiyyəti bizdən 4000 manat pul aldı ki, yol çəkəcəyik..." - Lerik sakinlərindən etiraz

"İcra Hakimiyyəti bizdən 4000 manat pul aldı ki, yol çəkəcəyik..." - Lerik sakinlərindən etirazLerikin Şivlə və Biləvər kəndlərinin sakinləri ölkə başçısına müraciət ediblər...

Şivlə və Biləvər yanaşı yerləşən kəndilərdir. Lerikin bu iki ucqar kəndində 1000-dən çox sakin yaşayır.

Bu kəndləri prezident İlham Əliyevin sərəncamı ilə yeni çəkilən və əsaslı təmir edilən Noda-Şingədulan-Xanagah yolundan 3 km məsafə ayırır. Həmin 3 km yolu isə dəfələrlə kənd sakinləri öz şəxsi vəsaitləri hesabına təmir ediblər. Əsasən də yaz-yay aylarında istifadə olunan yolda yağmurlu havalarda avtomobillərin hərəkəti məhdudlaşır, günlərlə rayon mərkəzinə getmək müşkülə çevrilir. Xüsusən payız-qış aylarında bu yol istifadəsiz hala gəlir.

Kənd sakinləri - Surət Əliyev, Ağababa Azadov, Gülbaba Əliyev, Cabir Rüstəmov, İbrət Azadov və digərləri Toplum.Tv-yə deyiblər ki, hər iki kənd rayonda fədakar kənd kimi tanınır. Onların sözlərinə görə, Şivlə-Biləvər kəndləri həm İkinci Cahan Savaşında, həm də Qarabağ döyüşlərində aktiv iştirak edib, çoxsaylı şəhid və itkin verib.

Bir Milli Qəhrəmanın da bu kənddən olduğunu deyən sakinlər bildiriblər ki, rayon rəhbərliyi tərəfindən həmişə ögey münasibət görüblər.

Kənd sakinləri deyirlər ki, əsas yola yaxın olan bütün qonşu kəndlərin yollarına qrabil tökülsə də, Şivlə-Biləvərin 3 km-lik yolu rayonda məmurların arasında gedən daxili intriqaya görə baxımsız qalıb. Sakinlər yenə də özləri pul yığaraq, yolu təmir etməyə başlayıblar.
"İcra Hakimiyyəti bizdən 4000 manat pul aldı ki, yol çəkəcəyik..." - Lerik sakinlərindən etiraz

Cəlil Baxşıyev

Bu dəfə isə İcra Hakimiyyəti işə müdaxilə edib: "İcra başçısının birinci müavini Cəlil Baxşıyev guya kömək məqsədilə yolun çəkilişi üçün topladığımız 4000 (dörd min manat) pulu bizdən aldı ki, yolu biz çəkəcəyik. Dedi ki, başçı tapşırıb, narahat olmayın, həll edərik. Pul bir ay rayon İcra Hakimiyyətində qaldı. Vəziyyətin gərginləşdiyini, bizim şikayət edəcəyimizi görüb pulu geri qaytardılar. Bundan sonra isə, ümumiyyətlə, yolu təmir etməkdən imtina etdilər".

"İndi pul əlimizdə qalıb, texnika tapa bilmirik. Həmişə öz şəxsi vəsitimiz hesabına təmir etdiyimiz kimi, bu dəfə də özümüz etmək istəyirik. Amma rayon rəhbərliyi bizə texnika vermir, "rayonda texnika yoxdur" deyirlər. Səsimizə səs verən də yoxdur".

Onlar deyirlər ki, 3 km yolu təmir etmək üçün dəfələrlə rayon İcra Hakimiyyətinə müraciət ediblər. Lakin icra başçısının birinci müavini və rayonda qeyri-leqal olsa da, əsas söz sahibi kimi tanınan Cəlil Baxşıyevdən rədd cavabı alıblar. Bu dəfə şəxsən icra başçısı Rövşən Bağırovla da görüşüblər, problemi onun da diqqətinə çatdırıblar, amma tələblərinə etinasız yanaşılıb.
"İcra Hakimiyyəti bizdən 4000 manat pul aldı ki, yol çəkəcəyik..." - Lerik sakinlərindən etiraz

Rövşən Bağırov

Sakinlər deyirlər ki, problemlə bağlı ölkə başçısına və birinci vitse-prezidentə müraciət edəcəklər. İcra Hakimiyyəti onların tələblərini yerinə yetirməzsə, hətta Lerik rayonundan ayrılıb Yardımlı rayonuna birləşmək üçün aidiyyəti qurumlara üz tutacaqlar.

Lerik rayon icra başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov isə sakinlərini iddiasını qəbul etməyib. Belə ki, o, Toplum.Tv-yə açıqlamasında rayon rəhbərliyinin sakinlərdən pul aldıqlarından xəbərsiz olduğunu, buna inanmadığını, sakinlərin qaldırdığı problemin isə yaxın zamanlarda həll ediləcəyinə ümid etdiyini deyib.
"İcra Hakimiyyəti bizdən 4000 manat pul aldı ki, yol çəkəcəyik..." - Lerik sakinlərindən etiraz


Habil Məlikov

Mövzunu diqqətdə saxlayacağıq.


Toplum.Tv

"İcra Hakimiyyəti bizdən 4000 manat pul aldı ki, yol çəkəcəyik..." - Lerik sakinlərindən etiraz
"İcra Hakimiyyəti bizdən 4000 manat pul aldı ki, yol çəkəcəyik..." - Lerik sakinlərindən etiraz
"İcra Hakimiyyəti bizdən 4000 manat pul aldı ki, yol çəkəcəyik..." - Lerik sakinlərindən etiraz
"İcra Hakimiyyəti bizdən 4000 manat pul aldı ki, yol çəkəcəyik..." - Lerik sakinlərindən etiraz
"İcra Hakimiyyəti bizdən 4000 manat pul aldı ki, yol çəkəcəyik..." - Lerik sakinlərindən etiraz
Bölmə: Gündəm | 01 sentyabr 2017 13:28 | Baxış sayı: 131





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: