BolgeXeber.Com » Media » Cebhe.info və “Cümhuriyət”in 2 yaşı tamam olur

Cebhe.info və “Cümhuriyət”in 2 yaşı tamam olur

1-09-2017, 20:01
Oxunub: 5 112 Cebhe.info və “Cümhuriyət”in 2 yaşı tamam olurSizinlə birlikdə güclüyük: Cebhe.info və “Cümhuriyət”in 2 ili

1 sentyabrda Azərbaycanın media məkanında özünəməxsus yeri olan informasiya portallarından biri - Cebhe.info-nun yaranmasının, “Cümhuriyət” qəzetinin isə nəşrini bərpa etməsinin 2 ili tamam olur.

Bu müddət ərzində obyektivliyi və tərəfsizliyi ilə özünməxsus oxucu kütləsi toplayan portal və qəzet alternativ fikirlərin təqdimatında da xüsusi yer tutur, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında olan yenilikləri, habelə dünyada baş verən maraqlı hadisələri oxuculara çatdırır.

2 il əvvəl sentyabrın 1-dən etibarən fəaliyyətə başlayan sayt və uzun fasilədən sonra nəşrini yenidən bərpa etməyə nail olan qəzet bu müddətdə oxucu etimadını qazana bilib.

Cebhe.info və “Cümhuriyət” Azərbaycanda yeni fikrin formalaşmasında, cəmiyyəti maraqlandıran məsələlərə diqqət çəkməkdə üzərinə götürdüyü vəzifələrin öhdəsindən gəlməyə çalışır.

Bizim üçün ən böyük uğur ən böyük dəstəyimiz olan oxucularımızın məmnunluq ifadə edən fikirləridir. Bundan sonra da cəmiyyətdəki mövqeymizi və nüfuzumuzu saxlamaqla, bizə olan oxucu etimadını doğrultmağa səy göstərəcəyik.

Sizinlə bilikdə güclüyük!

Cebhe.info
“Cümhuriyət”

Bolgexeber.com saytının kollektivi həmkarlarını təbrik edir, onlara bol yaradıcılıq uğurları arzulayır.