BolgeXeber.Com » İdman » DÇ-2018: Azərbaycandan növbəti uğursuzluq –Norveçə 2-0 məğlub olub - VİDEO

DÇ-2018: Azərbaycandan növbəti uğursuzluq –Norveçə 2-0 məğlub olub - VİDEO

2-09-2017, 09:50
Oxunub: 2 580 DÇ-2018: Azərbaycandan növbəti uğursuzluq –Norveçə 2-0 məğlub olub - VİDEORusiyada keçiriləcək 2018-ci il Dünya çempionatının təsnifat mərhələsinin oyunları davama edir

C qrupunda yer alan Azərbaycan millisi səfərdə Norveç yığmasının qonağı olub.

“Ullevaal” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesabı ilə başa çatıb.

32-ci dəqiqədə Bədavi Hüseynov cərimə meydançasında Coşua Kinqə qarşı kobud oynayıb. Sonuncu təyin olunmuş penaltini qola çevirib.

59-cu dəqiqədə isə kapitan Rəşad Sadıqov avtoqola imza ataraq hesab arasındakı fəri ikiyə çatdırıb.

Ardıcıl dördüncü məğlubiyyətdən sonra Azərbaycan millisi C qrupunda bir pillə geriləyərək beşinci yerdə qərarlaşıb.