Vahid Ələkbərov bu il 700 mln. dollar itirib
2-09-2017, 11:26
Oxunub: 2 449
2017-ci ilin 8 ayı ərzində rusiyalı 28 milyarderin məcmu sərvəti 17,099 mlrd. dollar artıb
"APA-Economics" xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" (BBI) sisteminin təqdim etdiyi məlumatlardan məlum olub.
Məlumata əsasən, Rusiya Federasiyasının ən zəngin şəxsi olan "Severstal" şirkətinin əsas səhmdarı Aleksey Mordaşovun sərvəti ilin əvvəlindən 1,49 mlrd. dollar artaraq 18,4 mlrd. dollara çatıb.
İkinci yerdə qərarlaşan "Norilsk nikeli"nin prezidenti Vladimir Potanin sərvəti hesabat dövründə 905 mln. artıb. Hazırda Potaninin sərvəti 17,5 mlrd. dollardır.
NLMK-nin Direktorlar Şurasının sədri Vladimir Lisin üçüncü yerdə qərarlaşıb. Onun sərvəti yanvar-avqust ayları ərzində 3,47 mlrd. dollar artaraq 16,6 mlrd. dollar təşkil edib. Maraqlıdır ki, təkcə avqust ayı ərzində Lisinin sərvəti 1,6 mlrd. dollar artıb.
"Renova" şirkətlər qrupunun Direktorlar Şurasının sədri və əsas səhmdarı Biktor Vekselberq ilin əvvəlindən sərvətini 1,41 mlrd. dollar artırıb və 15,6 mlrd. dollarlıq göstərici ilə Rusiyanın dördüncü ən varlı şəxsinə çevrilib.
"Novatek" şirkətinin rəhbəri Leonid Mixelsonun kapitalı bu il 2 mlrd. dollar azalsa da, o, ilk beşlikdəki yerini qorumağı bacarıb. Hazırda onun sərvəti 15,3 mlrd. dollar təşkil edir.
Altıncı yerdə qərarlaşan "Alfa Group" konsorsiumunun əsas səhmdarı Mixail Fridman 1,32 mlrd. dollar varlanaraq sərvətini 14,6 mlrd. dollara çatdırıb.
"USM Holdings" şirkətlər qrupunun təsisçisi Alişer Usmanovun sərvəti isə 14,4 mlrd. dollardır. Beləliklə, Usmanov bu il kapitalını 1,47 mlrd. dollar artırmağa müvəffəq olub.
Növbəti, yəni yeddinci pillədə isə "Lukoil" şirkətinin rəhbəri Vahid Ələkbərov qərarlaşıb. Həmyerlimiz bu il 693 mln. dollar itirib. Hazırda onun sərvəti 11,3 mlrd. dollara bərabərdir.
Analoji məbləğdə sərvətə Mixail Proxorov da malikdir. Ələkbərovdan fərqli olaraq Proxorov ilin əvvəlindən 470 mln. varlanıb.
"Volga Group"un sahibi Gennadi Timçenkonun kapitalı isə 1,9 mlrd. dollar azalaraq 9,57 mlrd. dollara çatıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər