BolgeXeber.Com » Xəbərlər » Astarada Qiyamət günü təşvişi - “Qeybdən səs gəlir...” - VİDEO

Astarada Qiyamət günü təşvişi - “Qeybdən səs gəlir...” - VİDEO

2-09-2017, 13:32
Oxunub: 2 459 Astarada Qiyamət günü təşvişi - “Qeybdən səs gəlir...” - VİDEOİranın Azərbaycanla sərhəd Astara şəhərinin sakinləri "qeybdən gələn” dəhşətli uğultu səsindən təşvişə düşüblər

Sosial şəbəkələrin iranlı istifadəçiləri mənbəyi izah edilməsi mümkün olmayan bu uğultunu mobil telefonlarla qeydə alıblar və paylaşıblar. Dərhal sosial şəbəkə istifadəçiləri arasında belə belə qənaətə gəliblər ki, bu, Qiyamət gününün yaxınlaşdığını xəbər verə bilər və Allahın mələyinin-İsrafilin surunun səsi ola bilər.

Astara sakinlərini təşvişə salan səs sanki nəhəng borudan çıxır və uğultu bir neçə saniyə ərzində gah artaraq, gah azalaraq davam edir. Maraqlıdır ki, ətrafda bu cür səs çıxara biləcək hər hansı obyekt yoxdur. Nəticədə uğultunu eşidən Astara sakinlərinin bir çoxu bərk qorxublar və bir-birlərini Qiyamət gününün yaxınlaşdığı barədə xəbərdar ediblər.

Rusiya mənbələri isə qeyd edirlər ki, son illər bu cür mənbəyi izah edilməsi mümkün olmayan səslər planetin bütün qitələrində qeydə alınır. Və bu səsin təbiətini izah etmək mümkün olmur. Dindarlar bu səsləri dini rəvayətlərlə yozmağa çalışırlar, alimlər isə bunu izahı mümkün olmayan təbiət hadisələri ilə bağlayır.