loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Çıraqqalaya gedən yol zəbt olunub” – Şahbaz Xuduoğlundan həyəcan təbili – VİDEO

“Çıraqqalaya gedən yol zəbt olunub” – Şahbaz Xuduoğlundan həyəcan təbili – VİDEOŞabran rayon ərazisində yerləşən Çıraqqala qalasına gedən yol Qalaaltı oteli tərəfindən zəbt olunub

Bolgexeber.com Moderator.az-a istinadən bildirir ki, bu barədə tanınmış naşir, “Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlu məlumat verib.
O, öz instaqram səhifəsində bu söləri paylaşıb: “Hal-hazırda Qalaaltı otelinin qarşısındayam. Bildiyiniz kimi otel təzə istifadəyə verilib. Amma bundan öncə burada böyük bir yol var idi, bu yol bizi Qalaaltıdakı mineral suyu olan bulağa aparırdı. Sonra bulağın yanından da davam edib bizi Çıraqqalaya çıxarırdı. Təəssüflər olsun ki, bu gün bu oteli düz o yolun üstündə tikiblər, bulağı da mənimsəyiblər. Gələn camaata da icazə vermirlər ki, içəri girsinlər, deyirlər bağlıdır. Bulağın suyunu içmək istəyənləri də kənarlaşdırırlar, deyirlər ki, dərə aşağı gedin, orada su tökülür, o sudan için. Mən anlamıram ki, hansı yekəxana bu oteli yolun üstündə tikə bilər? Bu yol xalqın yoludur, bu su xalqın suyudur, yeraltı sərvətdir, xalqa məxsusdur”.
Qeyd edək ki, dəniz səviyyəsindən 1232 metr hündürlükdə yerləşən Çıraqqala Tarix-Memarlıq Qoruğu Şabran rayon mərkəzindən təxminən 25 km-də sıldırım qayanın zirvəsində yerləşir. 2003-cü ildə “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında” prezident sərəncamı verilib. Sərəncama əsasən, Çıraqqala tarixi abidə kompleksi tarix-memarlıq qoruğu elan edilib.
Ümid edirik ki, aidiyyati qurumlar qoruğa gedən yolun bağlanmasına tez zamanda münasibət bildirəcəklər.

Bölmə: Gündəm | 04 sentyabr 2017 16:22 | Baxış sayı: 76





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: