BolgeXeber.Com » Gündəm » Səbail RİH qonşuların narazılığına səbəb olan şəxsi niyə himayə edir? (VİDEO)

Səbail RİH qonşuların narazılığına səbəb olan şəxsi niyə himayə edir? (VİDEO)

5-09-2017, 11:22
Oxunub: 2 716 Səbail RİH qonşuların narazılığına səbəb olan şəxsi niyə himayə edir? (VİDEO)Səbail rayonu Aydın Məmmədov 48 ünvanında evinin üstünü artıran Elçin Qədirov adlı şəxs qonşuların ciddi narazılığına səbəb olub

Belə ki, Elçin Qədirov evinin üstünü artırdığı təqdirdə, qonşuluqda yaşayan digər sakinlərin evinin pəncərəsini bağlayır.
Bolge.tv bildirir ki, bununla bağlı qonşular Səbail RİH başda olmaqla, bütün aidiyyati qurumlara şikayət ərizəsi yazıblar və qəbulda olublar. Onlar bildirirlər ki, onsuz da kiçik otaqlı evlərdə yaşayırlar, Elçin Qədirov da evin üstünü artırsa, bizim evimizə hava və işıq girməyəcək. İddialara görə, Elçin Qədirovun bu rahatlığının səbəbi icra hakimiyyətində çalışan nümayəndələrdən birinə 18.000 manat məbləğində pul verməsidir.
Qonşuların sözlərinə görə, Elçin Qədirovun əlində rəsmi sənədlər olmasına baxmayaraq, onun öz evində dəyişiklik edə bilməsi üçün onların razılığı önəmlidir.
Çünki evin qaldırlması, qonşuların evinin pəncərəsini qapayır. Uzun proseslərdən sonra, ərazi üzrə bələdiyyənin sədri tərəfindən göstəriş verilib ki, tikinti dayandırılsın.
Qeyd edək ki, şikayətçilərdən Azər Pirəliyev bu məsələnin hüquqi müstəvidə həll olunmasına çalışdığı üçün Elçin Qədirov tərəfindən böhtana məruz qalıb.
Azər Pirəliyev iddia edir ki, Səbail RİH-nin Rayon təsərrüfat şöbəsinin baş məsləhətçisi Ruslan Həmzəyev şəxsi mənafeyini ön planda tutaraq, bu məsələnin həllində sakinlərə kömək etmir.
Bolgexeber.com