BolgeXeber.Com » Dünya » BMT: Myanmada öldürülənlərin sayı 1000 nəfəri ötüb

BMT: Myanmada öldürülənlərin sayı 1000 nəfəri ötüb

5-09-2017, 11:19
Oxunub: 2 262 BMT: Myanmada öldürülənlərin sayı 1000 nəfəri ötübAvqustun 25-dən bu günə kimi Myanmada baş verən zorakılıqlar nəticəsində öldürülənlərin sayı 1000 nəfəri ötüb

Bolgexeber.com-un məlumatına görə, bu barədə BMT-nin xüsusi məruzəçisi Yanhi Liy "The Hindu nəşri"nə müsahibəsində xəbər verib.
"Myanmada vəziyyətin kəskinləşməsi ilə əlaqədar roxinja xalqının nümayəndələri ilə hökumət qoşunları arasında toqquşmaları zamanı 1000-dən çox insan öldürülüb", - deyə o bildirib.
Məlumata görə, daha 20 min insan yaşayış yerindən qovulub və Banqladeşlə sərhəd ərazisinə toplaşıb.