BolgeXeber.Com » Xəbərlər » Günvurma zamanı xəstəyə hansı ilkin tibbi yardımlar göstərilməlidir?(VİDEO)

Günvurma zamanı xəstəyə hansı ilkin tibbi yardımlar göstərilməlidir?(VİDEO)

5-09-2017, 16:28
Oxunub: 2 662 Günvurma zamanı xəstəyə hansı ilkin tibbi yardımlar göstərilməlidir?(VİDEO)İsti havalar müşahidə olunduqca ən qorxulu amillərdən biri günəş şüalarıdır

Çünki günəş şüaları altında çox gəzmək sağlamlığımıza ciddi təsir göstərir.

Həkimlər isə belə istilərdə günəş şüalarından qorunmaq üçün lazımi tədbirlərin görülməsini vacib hesab edirlər.

Ötən illərlə müqayisədə bu il Lənkəranda günvurma hallarının sayı azalıb. Həkimlər bu azalamanı görülən profilaktik tədbirlərlə izah edir.

Mütəxəsisslər bildirir ki, isti yay fəslində günəş şüalarının ən təsirli vaxtı saat səhər saat 10-dan günorta 4-ə qədərdir. Yay fəsli daha çox tətil günlərinə təsadüf etdiyindən bir çox insanlar günəş şüalarının faydalı olduğunu düşünüb günün çox hissəsini saatlarla qızmar günəş altında keçirir. Bu da insanları günvurma kimi real təhlükə ilə üzləşdirir. Əksər insanlar faydalı olduğunu düşündükləri günəş şüalarının gətirdiyi fəsadlardan xəbərsizdir.

Başgicəllənmə, dərinin qızarması, ürəkbulanma, nəbzin və tənəffüsün tezləşməsi, temperaturun 40 dərəcəyədək qalxması halı müşahidə olunursa - artıq günvurmanın ilkin əlamətləri özünü büruzə verir. Bəs gün vuran insana ilkin yardım necə edilməlidir?
Həkim müdaxiləsinə qədər gün vurmuş adama ilkin yardım edilməlidir. Bunun üçün bir sıra qaydaları bilmək vacibdir.
Mütəxəssislərin fikrincə, günvurma əksər vaxt insanlar isti havada düzgün davranış qaydalarını bilmədiyi, düzgün qidalanmadığı, az maye qəbul etdiyi zaman baş verir.