BolgeXeber.Com » Xəbərlər » Elektrik xəttini qoşmaq istədi: cərəyan vurması nəticəsində öldü-VİDEO

Elektrik xəttini qoşmaq istədi: cərəyan vurması nəticəsində öldü-VİDEO

5-09-2017, 16:33
Oxunub: 2 666 Elektrik xəttini qoşmaq istədi: cərəyan vurması nəticəsində öldü-VİDEOElektrik xəttini qoşmaq istədi: cərəyan vurması nəticəsində öldü

Borca görə elektrik enerjisi kəsilən Astara sakini öz başına elektrik xəttini qoşmaq istəyərkən cərəyan vurması nəticəsində dünyasını dəyişib.

Bölgə TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ərçivan kəndində qeydə alınıb. Kənd sakini 43 yaşlı Anar Mürşüdovun elektrik enerjisini Astara Rayon Elektrik şəbəkəsinin əməkdaşları kəsib. Enerjini özü qoşmaq istəyən Anar Mürşüdovu cərəyan vurub. Yaralı dərhal yaxınlarının köməkliyi ilə Astara rayon mərkəzi xəstəxanasına aparılıb və reanimasiya şöbəsinə yerləşdirilb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müainə olunma məqsədilə Səhiyyə nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.