BolgeXeber.Com » Bölgə » Bərdədə Qurban bayramı ilə əlaqədar hərbi hissələrdə konsert proqramları təşkil edilib-FOTO

Bərdədə Qurban bayramı ilə əlaqədar hərbi hissələrdə konsert proqramları təşkil edilib-FOTO

5-09-2017, 17:47
Oxunub: 4 242 Bərdədə Qurban bayramı ilə əlaqədar hərbi hissələrdə konsert proqramları təşkil edilib-FOTOBərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Qurban bayramı ilə əlaqədar hərbi hissələrdə konsert proqramları təşkil edilib

Bolgexeber.com xəbər verir ki,Vətən keşiyində olan qəhrəman vətən oğullarına daima mədəni xidmət göstərən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi bu dəfə də ənənlərə sadiq qalıb. Belə ki, Regional İdarənin tabeliyində olan mədəniyyət müəssisələri bayram konsertilə Silahlı Qüvvələrin “N” nömrəli hərbi hissələrdinə olublar. Konsert proqramları tanınmış yerli mədəniyyət və incəsənət ustalarının iştirakı ilə baş tutub.

Bu cür konsert proqramlarından biri Regional İdarənin Tərtər rayon nümayəndəliyində baş tutub. Belə ki, nümayəndəliyin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzi və Uşaq musiqi məktəbi rayon ərazisində yerləşən hərbi hissələrdə konsert proqramları təşkil edib.

Konsert proqramında hərbi vətənpərvərlik ruhunda mahnılar ifa olunaraq və rəqs havaları səsləndirilib.
Konsert proqramları hərbi hissələrin əsgər və zabit heyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

İdarənin Bərdə rayon nümayəndəliyi, o cümlədən nümayəndəliyin nəzdində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri də rayon ərzaisində yerləşən hərbi hissələrdə olaraq konsert proqramı ilə çıxış ediblər. Bunlardan şəhər 2 nömrəli uşaq musiqi məktəbi ilə Divanlı kənd uşaq musiqi məktəbinin kollektivlərinin iştirakı ilə keçirilən tədbirlər xüsusilə yaddaqalan olub. Bir birindən maraqlı və rəngarəng musiqi nömrələri, rəqslər əsgər və zabit heyətinin zövqünə oxşayıb. Sonda Regional İdarə tərfindən əsgərlərə bayram sovqatı təqdim olunub.

Regional idarənin Yevlax və Mingəçevir şəhər nümayəndəlikləri də Silahlı Qüvvələrimizin “N” nömrəli hərbi hissələrində konsert proqramlıarı ilə çıxış ediblər. Musiqi və incəsənət məktəblərinin, həmçinin, klub müəssisələrinində iştirak etdiyi tədbirlər xoş anlarla yadda qalıb.

Mingəçevir şəhər nümayəndəliyinin nəzdində fəaliyyət göstərən Şəhid A.Niftəliyev adına Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivi də əsgər və zabitlərimizlə görüşüb. Tədbirdə rəngarəng musiqilər səsləndirilərək əsgərlərdə bayram əhval-ruhiyyəsini daha da yüksəldib.