BolgeXeber.Com » Xəbərlər » Prezident Lənkəranda çoxmənzilli binaların əsaslı təmiri üçün vəsait ayırıb

Prezident Lənkəranda çoxmənzilli binaların əsaslı təmiri üçün vəsait ayırıb

5-09-2017, 18:45
Oxunub: 1 919 Prezident Lənkəranda çoxmənzilli binaların əsaslı təmiri üçün vəsait ayırıbPrezident İlham Əliyev Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Bolgexeber.com-un xəbərinə görə, sərəncama əsasən Lənkəran şəhərində 20 çoxmənzilli binanın dam örtüyünün yenilənməsi və fasad hissəsinin əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.