BolgeXeber.Com » İdman » DÇ-2018: Bütün oyunların nəticələri - VİDEO

DÇ-2018: Bütün oyunların nəticələri - VİDEO

6-09-2017, 10:32
Oxunub: 2 917 DÇ-2018: Bütün oyunların nəticələri - VİDEODÇ-2018-in seçmə mərhələsində 8-ci turun bir sıra oyunları keçirilib

Azərbaycanlı futbolsevərlər üçün ən maraqlı qarşılaşma Əskişəhərdə Türkiyə və Xorvatiya milliləri arasında keçirilib. Yeddi turdan sonra "I" qrupunda dördüncü sırada olan qardaş ölkənin yığma komandası qrupun lideri Xorvatiyanı 1:0 hesabı ilə məğlub edib.

Oyunda yeganə qol matçın 74-cü dəqiqəsində vurulub. Oğuzhan Özyakupun qüvvətli zərbəsindən sonra qapıçı Subaşiçin qaytardığı topu Cenk Tosun dəqiq zərbə ilə tamamlayaraq hesabı açıb.


Digər oyunların nəticələri:

Avstriya 1-1 Gürcüstan
Qollar: V.Qviliya, 8 (0-1), L.Sçaub, 43 (1-1)

İrlandiya 0-1 Serbiya
Qollar: A.Kolarov, 55 (0-1)

İslandiya 2-0 Ukrayna
Qollar: Q.Siqurdson, 47 (1-0), 66 (2-0)

Kosovo 0-1 Finlandiya
Qollar: T.Pukki, 83 (0-1)

İtaliya 1-0 İsrail
Qollar: Ç.İmmobile, 53

Lixtenşteyn 0-8 İspaniya
Qollar: S.Ramos, 3 (0-1), A. Morata, 15 (0-2), İsko, 16 (0-3), D.Silva, 39 (0-4), Y.Aspas, 51 (0-5), A.Morata, 54 (0-6), Y.Aspas, 63 (0-7), M.Qoppel, 89 (avtoqol, 0-8)

Makedoniya 1-1 Albaniya
Qollar: O.Roşi, 53 (0-1), A.Traykovski, 78 (1-1)

Moldova 0-2 Uels
Qollar: X.Robson-Kanu, 80 (0-1), A.Remzi, 93 (0-2)

Türkiyə 1-0 Xorvatiya
Qollar: C.Tosun, 75 (1-0)