loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

MTK firıldaqçılığı nə qədər davam edəcək?

MTK firıldaqçılığı nə qədər davam edəcək?Qanun yaradıcılıq prinsiplərindən mühümü qanunun çevik olması, dinamik, sürətli, proseslərə adevkat cavab verməsidir

Əks halda, qanun olmayan yerdə qanunsuzluqlarin olması labuddür.
Mövzumuz bəzi MTK- larda olan fırıldaqlarla bağlı vətəndaşların hüquqlarının pozulması, pullarını və sağlamlıqlarını itirməsi, məhkəmə çəkişmələrində əziyyətlərə düçar olmasıdır. Əlbəttə, bu deyillənlər bütün MTK-lara aid deyil. Öz biznes failiyətlərini qanun çərçivəsində quran MTK-ların fəaliyyəti faydalı və pozitiv hesab edilməlidir. Lakin mənzili bir neçə vətəndaşa satmaqla kriminal sxem üzrə işləyən bəzi MTK-ların vəzifəli şəxslərinin “fəaliyyətindən” məhkəmələrdəki cinayət və mülki işlərinin sayı azalmır. Bu xarakterli cinayət işlərində (CM-nin 178-ci maddəsi) MTK-nın bəzi vəzifəli şəxsləri məhkum edilir və bəzən elə hallar olur ki, həmin şəxslər intihar edir və bu vəziyyətdə illərlə mənzilini gözləyən vətəndaşların mənzil almaq ümudi yoxa çıxır və hətta MTK ya verdiyi pulları da itirirlər. Mülki işlərdə də mahiyyət eynidir, fərq ondadır ki, konkret mənzilin pulunu ödəyən vətəndaşlar arasında məhkəmə çəkişmələri məhkəmə mərhələlrində illərlə davam edir və nəhayət vətəndaşlardan biri mənzili əldə edə bilir, digər aldadılan vətəndaşların isə yenə də mənzil almaq ümudi puç olur və verdikləri pulları itirirlər. Beləliklə, bu kriminal sxem belə davam edir, kimlərəsə “sərvət”, kimlərəsə mərhumiyyətlər gətirir.
MTK firıldaqçılığı nə qədər davam edəcək?

Biz vəziyyəti təsvir və tənqid fikrindən uzaqıq. Hesab edirik ki, buna ehtiyac yoxdur. Fikrimiz kriminal sxemə son qoymaq üçün konkret təklifədən ibarətdir.
Tikinti dələduzlarından qurtulmağın yolları
Tikinti sektorunda daşınmaz əmlakın alqı-satqısı kimi mühüm münasibətin qanunla tənzimlənməsində xeyli vaxt buraxılıb. Gecikmiş olsada bu addım atılmalıdır.
Həmin addımın sadə variantı ondan ibarətdir ki, Dövlət Əmlak Komitəsi yanında bütün MTK-ların vətəndaşlarla olan müqavilələrinin Mərkəzləşdirlimiş baza sistemi yaradılsın və bütün dəyişikliklər, pay haqları ödənmələri və s. baza sistemində qeydiyyata alınsın və bu münasibətlərin dəyişdirlməsi notariat kontrlarında rəsmiləşdirilsin. Belə olan halda krimainal sxem heç cür işləyə bilməz. Çünki qanunun profilaktik funksiyası kriminal sxemin işə düşməsinə imkan verməyəcək.
Belə bir qanunun qəbul edilməsi ilə hansı faydalar əldə olunur?
1.Vətəndaşların bu sahədə hüquqlarının qorunması təmin edilir.
2.Həmin xarakterli işlərin məhkəmələrə axımı dayanır və həmin zəmində sui-istifadələr aradan qaldırılır.
3. Sahənin qanunla tənzimlənməsi biznes mədəniyyətinin formalaşmasına kömək edir.
4. Bu sahədəki bütün mülki münasibətlərin notariat kontorlarında aparılması dövlət büdcəsinə xeyli gəlirlər gətirir. və s
Məsələnin həllində müxtəlif yanaşmalarda ola bilər. Aktual hesab etdiyimiz mövzuya təklifləri ilə münasibət bildirən şəxslərə əvvəlcədən təşəkkür edirəm.
Qeyd: Növbəti yazılarmızda MTK-fırıldağçılığnın qurbanına çevrilmiş, bununla əlaqədar xəstəliyi kəskinləşdiyindən dünyasını dəyişən bir jurnalistin məhkəmə çəkişmələrini oxucularımıza təqdim edəcəyik.
Fəxrəddin Mehdiyev, hüquqşunas
Bölmə: Analitika | 06 sentyabr 2017 10:43 | Baxış sayı: 32





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: