BolgeXeber.Com » Sosial » Mal-qara kəsərək ət satanlar vergi ödəyəcək - VİDEO

Mal-qara kəsərək ət satanlar vergi ödəyəcək - VİDEO

6-09-2017, 12:17
Oxunub: 3 789 Mal-qara kəsərək ət satanlar vergi ödəyəcək - VİDEOƏgər kənd təsərrüfatı məhsulu formasını dəyişərək satılırsa buna görə sahibkar vergi ödəməlidir

Vergi qanunvericiliyindəki bu məqam bəzən sahibkarlar tərəfindən düzgün başa düşülmədiyindən mübahisələrə səbəb olur. "XəzərXəbər” məhz hansı hallarda kənd təsərrüfatı məhsullarından vergi verilməli olduğunu araşdırıb.
Mal əti, qurudulmuş meyvə, turşu satanlar vergi ödəyəcəklər.Kənd Təsərrüfatı məhsulları vergilərdən azad olsada bəzi məqamlarda sahibkarlar öz məhsullarını satarkən vergi ödəməlidir. Ancaq bunu sahibkarların bir qismi bilmədiyindən vergi əməkdaşları ilə müxtəlif mübahisələrə səbəb olur.
Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Departamentinin baş direktorunun müavini Nicat İmanov bildirir ki, bəzən sahibkarlar öz istehsal etdikləri məhsulları satarkən vergi ödəməlidirlər. Bu əsasən o zaman baş verir ki, sahibkar istehsal etdiyi məhsulu və ya yetişdirdiyi heyvanı təbiətdan mövcud olandan fərqli formaya salaraq satır. Bu zaman sahibkarlar vergi ödəməlidir..
Nicat İmanov bildirir ki, bu siyahıya qurudulmuş meyvələr, evlərdə hazırlanan kampotlar, turşular və konservləşdirilmiş məhsullar da aiddir. Vergilər Nazirliyin rəsmisi onu da qeyd edir ki, kənd təsərrüfatı məhsullarını formasını dəyişərək satan sahibkarlar istəklərinə uyğun olaraq istənilən kateqoriya vergi ödəyicisi ola bilərlər.
Əgər sahibkarın dövriyyəsi 200 min manatdan artıq olarsa onlar əldə etdikləri vəsaitin gəlir hissəsindən 20 faizlik gəlir vergisi verməli olacaqlar. Nicat İmanov onu da qeyd edir ki, kənd təsərrüfatı məhsulları 2019-cu ilə qədər bütün vergilərdən azaddır. Bu tarixdən sonra isə müddətin uzadılması və ya dayandırılması hökümətin qərarından asılı olacaq.