BolgeXeber.Com » Şou-Biznes » Azərbaycanı “Miss & Mister Planet – 2017”də bunlar təmsil edəcək

Azərbaycanı “Miss & Mister Planet – 2017”də bunlar təmsil edəcək

6-09-2017, 15:08
Oxunub: 4 064 Azərbaycanı “Miss & Mister Planet – 2017”də bunlar təmsil edəcəkAzərbaycanı “Miss & Mister Planet – 2017”də bunlar təmsil edəcək Gürcüstanın Batumi şəhərində qızlar və oğlanlar arasında “Miss & Mister Planet – 2017” beynəlxalq gözəllik müsabiqəsi keçiriləcək

Bolgexeber.com xəbər verir ki, ötən ilki uğurlu nəticələrə görə bu dəfə ölkəmizə 3 iştirakçı ilə təmsil olunmaq hüququ verilib.
Belə ki, adıçəkilən müsabiqədə Azərbaycanı Günel Məmmədova, Fəxri Qasımov və Elşad Məhərrəmov təmsil edəcək. Günel Məmmədova “Miss & Mister Azerbaijan – 2016” model müsabiqəsində “II Vice Miss Azerbaijan” seçilib.
Digər təmsilçimiz Fəxri Qasımov “Özünə bax” zövq yarışmasının qalibi olub.
Elşad Məhərrəmov isə aktyor kimi seriallara çəkilir.
Sözügedən müsabiqədə Türkiyəni uzun müddətdir qardaş ölkədə yaşayan və model kimi fəaliyyət göstərən həmyerlimiz Həmidə Hacızadə, Rusiyanı isə tanınmış model İrina Vəzirova təmsil edəcək.
Təbriz Məhərrəmoğlu