"Sabina" parfumeriya mağazasından RƏZİLLİK - FOTO
6-09-2017, 17:29
Oxunub: 5 756
"Sabina" parfumeriya mağazası vaxtı keçmiş malı, endirim kompaniyası adı ilə satır
Bolgexeber.com azxeber.com-a istinadən xəbər verir ki, "Sabina" parfümeriya mağazası vaxtı keçmiş malı müştəriyə satması haqda müştəri "Azad İstehlakçılar" İctimai Birliyinə (AİİB) ərizə ilə müraciət edib. O, müraciətində Sabina parfümeriya mağazasının Əhmədli filialından 31.08.2017 tarixdə Cristian Dior markasına məxsus endirimlə 62.40 AZN ödəyərək kirpik üçün mascara aldım.Mənə verilən kassa çekinin üzərində VÖEN yoxdur.Evə gəldikdə malın qutusunun baş hissəsindəki yapışqan kağızı qopartdım və kağızın altında basma ilə kod gördüm. Həmin kodu internetde kosmetik hesablayıcı saytına daxil olaraq yoxladım.Mənə məlum oldu ki, malın istehsal tarixi 2013-cü il sentyabr ayı və yararlılıq müddətinin bitməsi isə 2016-cı il avqust ayıdır.
Daha sonra mağazaya zəmg etdiyini vyrğulayan müştəriyə satıcılar məhsulun yeni olduğunu, hətta 3-5 il istifadə edə biləcəyini də deyiblər: "Dərhal mağazaya zəng etdim (012 570 39 90) iradımı bildirdim, lakin satıcılar mənə birmənalı şəkildə bu məhsul təzədir dedilər, hətta 3-5 il istifadə etmək olar dedilər. Mən onlara kodu deyəndən sonra onlar təklif etdilər ki, malın üzərində yazılmış 6M işarəsinə görə istifadə edə bilərsiniz. Məlum oldu ki, 6M işarəsi üzərində yaşıl rəngli qiymət kağızı yapışdırıblar. Çoxsaylı vatsap yazışmalarımızda satıcının mal haqqında ardıcıl yalan informasiya verdiyi məlum oldu və yararlılıq vaxtı keçmiş malı endirim kompaniyası adı altında satılmasının yolverilməz olduğunu anladım.
Xahiş edirəm istehsalçı hüququmu qoruyasınız, mal qaytarılsın, ödədiyim 62.40 AZN mənim ünvanıma gətirilib verilsin.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər